“Onlar Qərbin dirijor çubuğu ilə hərəkət ediblər...” - Elşən Musayev

OXUNUB: 640 Özəl SİYASƏT

"5-ci kolon”la mübarizə dövlətini və vətənini sevən hər kəs üçün əsas istiqamətlərdən, prioritetlərdən biri olmalıdır. Çünki həmin kolonu təmsil edən anti-milli ünsürlər Azərbaycanın ən böyük düşmənləridir.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əgər fikir vermisinizsə, bu yaramaz qüvvələr əsasən siyasi aktivlik dövründə və ya ərəfəsində meydana atılırlar, qəfil peydahlanırlar. Bilirsinizmi niyə? Çünki həmin dönəmdə onlara xaricdəki hamilərindən, sahiblərindən əmrlər, tapşırıqlar, tezislər daha çox gəlir. Üstəlik, sosial şəbəkələrdəki trollarını, media adı ilə ortalığa buraxdıqları və internet üzərindən reallaşdırdıqları platformalarını da anidən aktivləşdirirlər. Ki, bəlkə nəsə edə bildilər. Amma hər dəfəsində alınmır. Hər dəfəsində fiaskoya uğrayırlar. Hər dəfəsində bu nadanların qara arzuları ürəklərində, gözlərində qalır.

Əmin olun ki, son günlər ifşa edilən və cinayət əməlində suçlanan insanlar da "5-ci kolon”un fəal üzvləridir. Onlar Qərbin "dirijor çubuğu” ilə hərəkət ediblər, qara pullarla işləyiblər, konkret missiya həyata keçiriblər, casusluqla məşğul olublar və buna görə də hazırda həbsdədirlər!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR