“Onların əli qandallı Bakıya gətiriləcəyi günü səbrsizliklə gözləyirəm...” - DEPUTAT

OXUNUB: 709 Özəl SİYASƏT


"Hörmətli həmkarım Zahid Oruc bu gün Parlamentin Plenar iclasında çox önəmli bir məsələyə toxundu və xaricdə bloger adı altında fəaliyyət göstərən bəzi quldurların, simasızların anti-milli fəaliyyətindən danışdı. Həqiqətən də onun sözlərində çox böyük həqiqət payı var: Bu cinayətkarların azadlıqda qalmaları və bu qədər rahat şəkildə öz cinayət əməllərini davam etdirmələri olduqca anormal haldır. Belə olmaz. Belə olmamalıdır. Məsələ həm "İnterpol”un, həm ekstradisiya məsələləri ilə məşğul olan beynəlxalq qurumların, həm digər nüfuzlu təşkilatların, həm də  məlum mövzu üzərindən Konvensiyalara qoşulan bütün üzv dövlətlərin diqqətinə çatdırılmalıdır. Üstəlik, təcili və təxirəsalınmaz formada!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Sevinc Osmanqızı kimi əxlaqsızın, Qənimət Zahid kimi yaramazın, Tural Sadıqlı kimi anti-milli ünsürün azadlıqda qalması bütünlükdə ətraf mühit və hətta həmin cinayətkarların özlərinin yaşadığı, məskunlaşdığı ölkələr üçün belə açıq təhlükədir.

Onların əli qandallı Bakıya gətiriləcəyi günü səbrsizliklə gözləyirəm və hər kəs əmin olsun ki, həmin gün uzaqda deyil.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR