''Onun ədavəti mənimlə idi, amma qardaşımı vurdu...'' - TOYDAKI DAVANIN ƏSL SƏBƏBİ - FOTO

OXUNUB: 889 HADİSƏ

Bir neçə gün əvvəl Neftçala rayonunda keçirilən toy məclisində baş vermiş dava ilə bağlı təfərrüatlar üzə çıxıb. İlkin yayılmış məlumata görə, Günəşli kəndində toy zamanı kənd sakini, 1981-ci il təvəllüdlü Səlimov Elnur Əzizağa oğlu 1970-ci il təvəllüdlü Abdullayev Elxan İmanqulu oğlunu döyüb. Elxan Abdullayev isə Elnur Səlimovu bıçaqlayıb.

İcmal.Az  xəbər verir ki, yaralı E.Səlimovun bacısı Zəminə İsmayılova criminal.az saytına açıqlamasında qardaşı haqda yayılmış məlumatların həqiqətə uyğun olmadığını bildirib.

''Elnur barədə yazılanlar həqiqət deyil. Qardaşım Elxanı döyməyib. Onlar toyda bir olublar. Münasibətləri də pis olmayıb. Taksidə də bir yerdə gəliblər. Amma Elxan toya gedən zaman hazırlıqlı olub, özü ilə bıçaq götürüb. Elnur taksidən düşən zaman qəflətən ona 2 bıçaq zərbəsi vurub. Bıçaqladıqdan sonra qaçan Elxan yıxılaraq ayağını sındırıb. Amma yalan informasiya verilib ki, guya Elnur Elxani döyüb.

 

Biz şəhid ailəsiyik. 2016-cı ilin oktyabr ayında Elxanın oğlu İmanqulu mənim evimə oğurluğa girmişdi. Polis çağırdım, amma qardaşım Elnur məndən xahiş etdi ki, qonşu olduğuna görə bağışlayım. Mən də qardaşıma görə bağışladım. Mən polis çağırdığım üçün onun ədavəti mənimlə idi, amma mənim əvəzimə qardaşımı bıçaqladı'', - Z.İsmayılova qardaşının başına gələnləri açıqladı.

 

İcmal.Az 

RƏYLƏR