Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyevada daha bir AĞIR XƏSTƏLİK AŞKARLANDI

OXUNUB: 994 ŞOU-BİZNES
Xəstəlik pis şeydir, Allah heç kimə göstərməsin.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Könül Xasıyeva "Xəzər maqazin"ə açıqlamasında deyib. Uzun müddətdir səhhətində yenidən problem yaranan muğam ifaçısı göz yaşlarını saxlaya bilməyib.

K.Xasıyeva övladının da səhhətində problemlər olduğunu söyləyib:

"Həmişə el içində olan adam üçün indi həyat darıxdırıcıdır. Əvvəl şəkərim yox idi, indi onu da tapdım. Həm də astmadan əziyyət çəkirəm. Tək arzum övladım Kazımın toyunu görməkdir. 

İki əməliyyatım var qarşıda. Bu yaxınlarda girəcəm".
 

İcmal.Az

RƏYLƏR