OPEC neftin müvafiq qiymətini açıqladı

OXUNUB: 821 DÜNYA

Ekvadorun neft naziri Karlos Peres neftin OPEC üçün müvafiq qiymətinin bir barel üçün 55-60 dollar olduğunu bildirib. 

İcmal.Az bu barədə TASS-a istinadən xəbər verir. 

"Bu, bir barel üçün 55-60 dollar həcmindədir”, - nazir müvafiq suala cavab verərkən bildirib. 

O əlavə edib ki, ölkələr ABŞ-da neft hasilatının qiymətə təsirini müzakirə ediblər. 

Daha öncə Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Cerri Rays neft hasilatının azaldılmasına dair sazişin uzadılmasının neftin dünya bazarındakı qiymətlərinə müsbət təsiri ABŞ-da xammalın hasilatının artımına görə məhdudlaşacağını bildirmişdi.

 

İcmal.Az

RƏYLƏR