Operativ Qərargahın üzvləri kimlərdir? - SİYAHI

OXUNUB: 486 SOSİAL
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

Operativ Qərargahın həm də Tibbi bölməsi formalaşdırılıb. Tibbi Qərargaha "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı rəhbərlik edir. Brifinqlərdəki çıxışlarında da R.Bayramlı ölkədəki sanitar-epidemioloji vəziyyətin dəyərləndirilməsi və müvafiq qərarların qəbulu üçün təkliflərin məhz Tibbi Qərargah tərəfindən hazırlandığını diqqətə çatdırıb.

Qərarlar məhz Operativ Qərargah üzvləri tərəfindən müzakirə olunduqdan, Baş nazir tərəfindən təsdiqləndikdən sonra tətbiq edilir.

7News.Az Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvlərinin siyahısını təqdim edir:

Baş Nazir Əli Əsədov

Baş Nazirin birinci müavini Yaqub Eyyubov

Baş Nazirin müavini Əli Əhmədov

Baş Nazirin müavini Şahin Mustafayev

Daxili İşlər naziri Vilayət Eyvazov

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

Energetika naziri Pərviz Şahbazov

Ədliyyə naziri Fikrət Məmmədov

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov

Gənclər və İdman naziri Azad Rəhimov

Xarici İşlər naziri Elmar Məmmədyarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Kənd Təsərrüfatı naziri İnam Kərimov

Maliyyə naziri Samir Şərifov

Müdafiə naziri Zakir Həsənov

Müdafiə Sənayesi naziri Mədət Quliyev

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Səhiyyə naziri Oqtay Şirəliyev

Təhsil naziri Ceyhun Bayramov

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar  Muradova 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev.

RƏYLƏR