“Optimal Elektronika” ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR

OXUNUB: 3522 Texnologiya HADİSƏ
Tənqid nəticə çıxarmaq üçündür, sildirmək üçün deyil...

Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər həm xeyli iş yeri, həm də böyük vergi ödəyicisi  deməkdir. Təəssüf ki, milli şirkətlərimizin  bəziləri, əksinə  başqa yola əl atırlar. 
Əlbəttə,  bizim  hansısa şirkətin işgüzar nüfuzuna kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada müəyyən faktlar da var. 
1997-ci ildən  fəaliyyət  göstərən və  Azərbaycanda elektronika, məişət texnikası və mebelin  pərakəndə satışı bazarının əsas oyunçularından biri olan "Optimal Elektronika” ilə bağlı  araşdırma  zamanı  diqqətimizi  belə bir fakt  cəlb etdi. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası "Optimal Elektronika” MMC barəsində inzibati protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.
Deməli, şirkət ölkədən çıxan valyutaya görə cəzalandırılıb.  Axı, ölkədən valyuta çıxması ölkəmizdə ciddi məsələdir və bu barədə ən yüksək  səviyyədə fikir bildirilib. 
Digər tərəfdən mediada şirkətin  verdiyi kreditlər, satılan məhsulların keyfiyyətsiz olması ilə bağlı mediada kifayət qədər yazılıb.Ancaq təəssüf ki, yazılan tənqidi yazılar 10-15 dəqiqə sonra  saytlardan silinir. 
Bu çıxış yolu deyil, cənablar. Tənqid  nəticə çıxarmaq üçündür, sildirmək üçün yox./Gündəlik Bakı

RƏYLƏR