NASA-nın yeni Ay missiyası "Artemis 1” üçün kosmosa buraxılan "Orion” kosmik gəmisi 2 milyon km məsafə qət edərək 25 günlük ekipajsız uçuşunu tamamladı və Meksika açıqlarında okeana endi.
7NEWS.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) tərəfindən Qədim Yunan Ay ilahəsi "Artemis 1”in adını daşıyan və 2025-ci ildə "Aya qayıtmaq" üçün kəşfiyyat missiyası çərçivəsində Ay orbitinə göndərilən "Orion” kosmik gəmisi Yerə qayıdıb.
NASA-dan verilən açıqlamaya görə, "Orion” ekipaj modulu Meksika yaxınlığındakı Sakit okeana eniş edərək "Artemis 1” adlı 25 günlük ekipajsız sınaq uçuşunu tamamladı.
7NEWS.az