Orqanları satışa çıxarılan uşaq komadan ayıldı

OXUNUB: 1084 DÜNYA

ABŞ-da valideynləri tərəfindən orqanları satışa çıxarılan 13 yaşlı oğlan komadan ayılıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Fox News” məlumat yayıb. 

Alabama ştatından olan Trenton Mak Kinli  2 ay əvvəl ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Həkimlər deyib ki, azyaşlı heç vaxt normal olmayacaq. 

Onlar bildiriblər ki, əgər o sağ qalsa, ömürlük nəfəs aparatından asılı olacaq. 

Bundan sonra valideynlər uşağın orqanlarının ehtiyacı olanlara satılması ilə bağlı sənəd imzalayıblar. 

Ancaq qan dövranını tənzimləyən aparatdan ayrılan Trenton nəfəs almağa başlayıb. Daha sonra o ayağa qalxıb və hamı ilə danışıb. O söhbətləri zamanı cənnətə düşdüyünü deyib:

"Mən çəmənlikdə idim və irəli gedirdim. Məni Allah xilas etdi, hətta həkimlər də bunu deyir”.

İcmal.Az

RƏYLƏR