Orta məktəbdə BİABIRÇILIQ: Müəllim qadın tualetinə kamera yerləşdirdi

OXUNUB: 786 DÜNYA

Rusiyanın Komi respublikasında orta məktəbdə baş verən biabırçı hadisə ilə bağlı cinayət işi açılıb.

İcmal.Az lenta.ru-ya istinadən xəbər verir ki, kənd məktəblərindən birində müəllim qadınların tualetinə gizli videokamera yerləşdirib. Kameranı məktəblilər tapıb və bu barədə valideynlərinə xəbər veriblər. Valideynlər də öz növbəsində polisə məlumat veriblər. Müəllim kameranı uşaqlara nəzarət üçün yerləşdirdiyini açıqlayıb.

Hazırda müəllimin kimliyi açıqlanmır. Günahı sübuta yetiriləcəyi təqdirdə müəllimi 14 illik həbs cəzası gözləyir.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR