Orxan Məmmədov: “Azərbaycan gömrükçüləri Türkiyədən gələn çemodanları…”

OXUNUB: 159 GÜNDƏM
Baku TV-nin rəhbəri Orxan Məmmədov Dövlət Gömrük Komitəsinin hava limanında çalışan əməkdaşlarını tənqid edib.

O, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Orxan Məmmədovun əcnəbi vətəndaşla maraqlı dialoqunu təqdim edirik:

"Gecə aeroportda bir saatdan çox çemodan gözləyirik. Bu vaxtı bir xarici vətəndaş məndən soruşur ki, bəs bir saatdı çemodan gəlmir. 

Bəlkə Türkiyə göndərməyib çemodanımı?!

Dedim ki, my friend - Azərbaycan gömrük əməkdaşları Türkiyədən gələn çemodanları bir-bir dəqiqliklə yoxlayırlar ki, birdən çaşıb nəsə alıb gətirərsən. 

Bəli, bu hissəni azərbaycanca dedim ki, qoy lap təkərə düşsün”.


RƏYLƏR