Baku TV-nin rəhbəri Orxan Məmmədov Dövlət Gömrük Komitəsinin hava limanında çalışan əməkdaşlarını tənqid edib.
O, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Orxan Məmmədovun əcnəbi vətəndaşla maraqlı dialoqunu təqdim edirik:
"Gecə aeroportda bir saatdan çox çemodan gözləyirik. Bu vaxtı bir xarici vətəndaş məndən soruşur ki, bəs bir saatdı çemodan gəlmir.
Bəlkə Türkiyə göndərməyib çemodanımı?!
Dedim ki, my friend - Azərbaycan gömrük əməkdaşları Türkiyədən gələn çemodanları bir-bir dəqiqliklə yoxlayırlar ki, birdən çaşıb nəsə alıb gətirərsən.
Bəli, bu hissəni azərbaycanca dedim ki, qoy lap təkərə düşsün”.