Oteldə yanğın: 4 nəfər xəsarət alıb – FOTO+VİDEO

OXUNUB: 635 DÜNYA
Bu dəqiqələrdə İstanbulun Sultanahmet bölgəsindəki otellərdən birində yanğın baş verib.
İcmal.Az "Akşam”-a istinadən xəbər verir ki, yanğın otelin sauna hissəsində baş verdiyi bildirilir.
 
Hazırda əraziyə xeyli sayda yanğınsöndürən maşın, xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.Ağ tüstü səbəbindən otelin içində qalanlar var. 
 
Qeyd edək ki, xilasedicilər artıq yanğın baş verən binadan 4 nəfər yaralını təxliyyə ediblər. Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
 
İcmal.Az

RƏYLƏR