19 yaşlı oğlan anasını yatan yerdə öldürüb.
Amerikanın Miçiqan ştatında 19 yaşlı Andrev Vilson adlı oğlan anasını yatdığı yerdə başından güllələyərək öldürüb.
O, anasını öldürdükdən bir neçə saat sonra polisə zəng edərək cinayəti etiraf edib.
Hadisə yerinə gələn polislər Andrevi tutublar. Qadını yatağında qan içində tapan polislərin mətbuata verdiyi məlumata görə, qadın başından vurulan tək güllə ilə öldürülüb.
Andrev cinayətin səbəbini açıqlayıb. O, bildirib ki, anası ilə küçədə tapdığı it üstündə mübahisə edib. O, iti evdə saxlamağı xahiş edib, anası isə ona icazə verməyib./milli


İcmal.Az

























