Oğuzda 6 yaşlı qızı avtomobil vurub.
İcmal.Az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, oktyabrın 11-i, saat 19:00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü bəlli olub.
Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu avtomobil vurub.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.
İcmal.Az