Ovun qadağan edildiyi ərazilər açıqlandı

OXUNUB: 411 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında Azərbaycanda ovun qadağan edildiyi əraziləri açıqlayıb.

İcmal.Az xəbər verir ki, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər, sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov qadağan edilib.

İcmal.Az

RƏYLƏR