“Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” – Akif Aşırlı

OXUNUB: 559 index-manşet SİYASƏT

"Axır ki... Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc bəla ilə varlığını qoruyan "Şərq " üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək. Biz kecmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkki -şübhə etmədən inanırıq. Çox vüqarlar Ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar ücün həmişə Tarix və fakt yox, şəxsi mənfəət olub”.

 

Bu sözləri "Şərq” qəzetinin baş redaktoru, tanınmış jurnalist Akif Aşırlı özünün facebook səhifəsində yazıb. Akif Aşırlı sözlərinə belə davam edib: "KİVDF-nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru-dürüst seciminizə görə, minnətdaram! Kimin nə deməsindən asılı olmayaraq, klassik qəzetcilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”

RƏYLƏR