“Çoxmu saxta pul kəsmisən, indiyə qədər?!” – DEPUTAT

OXUNUB: 471 Özəl SİYASƏT
"Cəmil Həsənli "Azadlıq” radiosuna müsahibəsində saxta pulun kəsilməsi üçün tələb olunan vacibatları sadalayıb: Xüsusi rejimli otaq, bahalı materialdan xammal, daha yaxşı qiymətə gedən əskinasın düzgün seçimi, filan kraska, filan dəzgah. Bircə həmin dəzgahın markasını söyləməyib. Vəssalam. Qalan hər şeyi danışıb. Açıq-töküb bütün sirrləri, fəaliyyət mexanizmini".
 
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Adama sual verərlər ki, bax ay Cəmil, sən bütün bunları haradan bilirsən? Çoxmu saxta pul kəsmisən indiyə qədər? Belə dəqiq, təfsilatlı məlumatlar səndə haradandır?

Elşən Musayev daha sonra fikirlərinə davam edib: "Bunlardan fələk də, şeytan da baş açmaz. Həqiqətən. Bütün əyri işlərin bilicisidirlər. Nə dələduz əməl varsa, altından çıxırlar.”

RƏYLƏR