YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Mohenco-daro xarabalıqları yağışların təsirinə məruz qalıb. Bildirilib ki, musson yağışları səbəbindən divarlar uçub.
7NEWS.az xəbər verir ki, Pakistanda musson yağışlarının yaratdığı sel fəlakəti davam edərkən, Sind əyalətinin cənubunda YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Mohenco-daro xarabalıqları yağışlardan təsirləndi. Dağıntıların tapıldığı ərazinin kuratoru Əhsən Abbasi selin 4500 il əvvələ aid olan Mohenco-daro-ya birbaşa təsir etmədiyini, ancaq yağışların xarabalıqlara ziyan vurduğunu bildirib.
7NEWS.az