Pakistanda bombalı hücum baş verib: 5 ÖLÜ, 16 YARALI

OXUNUB: 168 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Barxan şəhərində bazar yerinə bombalı hücum həyata keçirilib. İlkin məlumata görə, hücumda 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla ümumilikdə 16 nəfər yaralanıb. Polisin verdiyi açıqlamada hücumun park edilmiş motosikletə yerləşdirilən bombanın partladılması ilə həyata keçirildiyi bildirilib. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, hücumla bağlı istintaq başladılıb.

7NEWS.az

RƏYLƏR