Pakistanda bombalı hücum baş verib

OXUNUB: 152 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın şimalında, Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində bombalı hücum həyata keçirilib. Təhlükəsizlik qüvvələrinə məxsus avtomobili hədəf alan hücumda 1 nəfər ölüb, 8-i təhlükəsizlik işçisi olmaqla 11 nəfər yaralanıb. Partlayışa əl istehsalı bombanın səbəb ola biləcəyi bildirilərkən, əsl səbəbin Bomba Zərər Qrupunun hesabatı ilə müəyyən ediləcəyi qeyd edilib. Polis qrupları partlayışın baş verdiyi ərazini mühasirəyə alarkən, hadisə ilə bağlı araşdırmalar davam edir.

7NEWS.az

RƏYLƏR