7NEWS.az xəbər verir ki, Pakistanda həftəsonundan bu yana davam edən güclü yağışlar nəticəsində ölənlərin sayı artır. Güclü yağışların müşahidə olunduğu Azad Kəşmir bölgəsində bazar günü idarəetməni itirən turist maşını dərədən çaya düşüb. Qəzada 1 nəfər ölüb, 3-ü turist olmaqla 5 nəfər yaralı olaraq xilas edilib. Geniş axtarışlara baxmayaraq, itkin düşən 8 turist hələ də tapılmayıb. Xilasedicilər sürətlə axan çayda turistləri sağ tapmaq mümkün olmadığından itkin düşən turistlərin öldüyü elan edilib. Bəlucistan əyalətində güclü yağışlar 5 nəfərin ölümünə səbəb olub.
7NEWS.az