Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində azı 76 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərə görə, ölkə daxilində yağan leysan yağışlar həyata mənfi təsir edib.Kəraçidə 6 nəfərin daha ölümü ilə son 3 gündür davam edən yağışların törətdiyi qəzalar nəticəsində həyatını itirənlərin sayı 14-ə çatıb. Bu 6 nəfərdən 3-ü elektrik cərəyanı vurması, 3-ü isə evlərinin tavanının uçması nəticəsində həyatını itirib.
İcmal.az