Pakistanda güclü yanğın: 123 nəfər ölüb

OXUNUB: 822 DÜNYA

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Bu barədə "Geo TV” telekanalı məlumat yayıb.

İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərdən çoxunun da durumu ağırdır.

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yaxınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb./apa

 

İcmal.Az

RƏYLƏR