Pakistanda havanın temperaturu 40 dərəcəni keçib

OXUNUB: 149 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, ölkənin bir çox şəhərində havanın temperaturu orta hesabla 40 dərəcənin üzərindədir. Dünya üzrə hava proqnozu xidmətini təqdim edən Weather agentliyinin məlumatına görə, paytaxt İslamabadda havanın temperaturu 40 dərəcəyə çatıb, hiss olunan temperatur isə 48 dərəcəyə çatıb. Termometrlərin 42 dərəcə göstərdiyi Müzəffərqarh şəhərində də hiss olunan temperatur 51 dərəcə olaraq ölçüldü. Müzəffərqarhda çox sayda insan havanın isti keçməsi səbəbindən huşunu itirib. Temperaturun 43 dərəcə olduğu Pişəvərdə 9 şagird huşunu itirib.

7NEWS.az

RƏYLƏR