Pakistanda ikinci partlayış: 3 ÖLÜ, 12 YARALI

OXUNUB: 183 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Pakistan ikinci bombalı hücumla sarsıldı. Ölkənin şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Hanqu şəhərində məsciddə cümə namazı zamanı bombalı hücum həyata keçirilib. Partlayışın gücündən məscidin damı uçub. Əraziyə polis və təcili yardım qrupları göndərilib. Polisin verdiyi açıqlamada hücumda 3 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib. Məsciddə 30-40 nəfərin olduğu bildirilir.

7NEWS.az

RƏYLƏR