Pakistan Statistika İnstitutu BVF-nin təcili danışıqlar üçün ziyarət etdiyi Pakistanda inflyasiyanın yüzdə 27,55 ilə son 48 ilin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqları davam etdirən Pakistanda hazırkı inflyasiya rəqəmi açıqlanıb. Statistika İnstitutunun paylaşdığı məlumatlara görə, illik inflyasiya yanvar ayında 27,55 faizə çataraq 1975-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.
Hazırda ölkənin Kəraçi limanında minlərlə idxal konteyneri saxlanılır. Yüksək məbləğdə xarici borcunu ödəməyə çalışan ölkə iqtisadiyyatı tədiyə balansı böhranı ilə üzləşir.
7NEWS.az