7NEWS.az xəbər verir ki, Terror aktı dünən yerli vaxtla saat 13.40 radələrində günorta namazı vaxtı baş verib. Polis rəsmiləri partlayış zamanı məsciddə 400-ə yaxın adamın olduğunu bildirib. Yerli mənbələr əksəriyyəti ağır vəziyyətdə olan 157 nəfərin yaralandığını açıqlayıb. Pakistanın baş naziri Şahbaz Şərif partlayışın intiharçı hücumu nəticəsində baş verdiyini açıqlayıb. Hücumun məsuliyyətini Pakistan Talibanı üzərinə götürərkən, çoxlu nazirlə bölgəyə gələn Şərif bu hərəkəti şiddətlə qınayıb.
7NEWS.az