Pakistanda musson fəlakəti: 1000-dən çox insan həyatını İTİRİB

OXUNUB: 424 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində keçən iyun ayından bəri ölənlərin sayı 1033-ə yüksəlib. Milli Fəlakət İdarəsi rəsmiləri bir gün əvvəl 119 nəfərin öldüyünü açıqlayıb. Pakistanın baş naziri Şahbaz Şərif seldən zərər çəkmiş ərazilərə səfər etdikdən sonra təbii fəlakətin miqyasının gözləniləndən daha şiddətli olduğunu bildirib. Baş nazir Şərif 33 milyon insanın daşqınlardan zərər çəkdiyini bildirib.

7NEWS.az

RƏYLƏR