7NEWS.az xəbər verir ki, Bəlucistan əyalətinin Ketta şəhərindən Pakistanın Pişəvər şəhərinə getmək üçün hərəkət edən sərnişin qatarında partlayış baş verib. Hadisə yerinə polis və həkim briqadası göndərilib. Partlayış nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı açıqlanıb. Polis Mian Mahbub verdiyi açıqlamada partlayışın qatarın Pəncab əyalətinin Çiçavatni rayonundan keçdiyi zaman baş verdiyini və partlayışın nədən baş verdiyinin hələlik məlum olmadığını bildirib. Pakistan Dəmir Yollarının sözçüsü Babar Əli Rza da sərnişin qatarında partlayış olduğunu təsdiqləyərək, ekspertlərin təfərrüatları aydınlaşdırmağa çalışdıqlarını bildirib. Hadisə yerində olan polis və bomba zərərsizləşdirmə qrupları işlərini davam etdirir.
7NEWS.az