Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində 11 tələbə həyatını itirib, 8 tələbə axtarılır.
7NEWS.az xəbər verir ki, Kohat bölgəsindəki 30 mədrəsə tələbəsi Tanda bəndində qayıqla gəzintiyə çıxıb. Qayığın batması nəticəsində yaşları 7-11 arasında olan 11 şagird həyatını itirib, 8 şagird isə hələ də axtarılır. Polis rəsmiləri dalğıclar tərəfindən xilas edilən 6 tələbənin vəziyyətinin ağır olduğunu bildirib.
Bənddə axtarış-xilasetmə işləri davam edir.
7NEWS.az