7NEWS.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Lasbela rayonunda azı 48 sərnişini olan avtobus yoldan çıxaraq dağ aşırımına aşıb. Ketta şəhərindən Kəraçiyə hərəkət edən sərnişin avtobusu qəzadan sonra yanıb. Lasbela komissarının müavini Həmzə Anjum Nadeem hadisə nəticəsində ən azı 41 nəfərin öldüyünü açıqlayıb. Yaralıların xəstəxanaya aparıldığını bildirən Nadeem həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testinin aparılacağını bildirib. Hadisə yerində işlərin davam etdiyini bildirən Nadeem, havanın qaranlıq və soyuq keçməsi ilə əlaqədar xilasetmə qruplarının çətin şəraitdə çalışdığını bildirib.
7NEWS.az