Pakistanda sərnişin qatarına hücum: 18 YARALI

OXUNUB: 419 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Pişin şəhərində Maç şəhərindən Pişəvər şəhərinə gedən sərnişin qatarı relslərə qoyulmuş uzaqdan idarə olunan bomba ilə partladılıb. Hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları göndərilib. Partlayış nəticəsində qatarın 8 vaqonunun relsdən çıxdığı, 18 nəfərin yaralandığı bildirilib. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alarkən, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Bölgədə aşmış vaqonların relslərdən çıxarılması işləri davam etdirilir.

7NEWS.az

RƏYLƏR