Pakistanda Vikipediyaya giriş yavaşlayıb

OXUNUB: 215 Özəl DÜNYA
Pakistan Telekommunikasiya İdarəsi (PTA) məzmunun silinmədiyini əsas gətirərək, Vikipediyaya girişi 48 saat müddətinə ləngitdi.

7NEWS.az xəbər verir ki, PTA-nın verdiyi açıqlamada Vikipediyadan sözügedən məzmunun silinməsi tələb edildiyi, lakin platformanın buna müsbət cavab vermədiyi bildirilib. Açıqlamada, söyüşlə bağlı məzmunun silinmədiyi səbəbiylə Vikipediyaya girişin 48 saat müddətində yavaşladığı bildirilib.

PTA bildirib ki, əgər Wikipedia sözügedən məzmunu silməsə, platforma Pakistanda uzun müddət qadağan olunacaq.

7NEWS.az

RƏYLƏR