Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var – FOTO

OXUNUB: 639 HADİSƏ

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, "İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

 

RƏYLƏR