Pandemiyadan sonra tələbatın ən çox olacağı peşələrin adı açıqlandı

OXUNUB: 534 SOSİAL

Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq.

RT-nin məlumatına görə, bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib. 

Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq. 

Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.

Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq. 

Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq.

Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq.


RƏYLƏR