Paraqvayın yeni prezidenti Santyaqo Pena oldu

OXUNUB: 198 Özəl DÜNYA
7NEWS.ax xəbər verir ki, aprelin 30-da Paraqvayda keçirilən seçkilərdə ilk nəticələr açıqlanıb. Paraqvay Seçki Məhkəməsindən verilən açıqlamaya görə, qutuların 85%-i açıldıqdan sonra mühafizəkar Kolorado Partiyasının namizədi Santiaqo Pena 43,5 faiz səslə bir turdan ibarət prezident seçkilərində qalib gəlib. Seçkilərdə ikinci yeri tutan müxalifətin mərkəz sol alyansının namizədi Efrain Aleqre 27,58% səs toplayıb. Milli Səlibçi Partiyasının namizədi Paraqvay Kubası seçkidə gözlənilmədən 22,18 faiz səs toplayıb.

7NEWS.az

RƏYLƏR