Parisdə 10 milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlandı

OXUNUB: 241 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Günorta saatlarında məşhur alış-veriş küçəsi Rue de la Paixdə yerləşən Piaget mağazasına daxil olan oğruların səsboğucu ilə silah gəzdirdikləri və mağaza işçilərini yerə uzanmaqla hədələdikləri açıqlanıb. Pəncərədəki qızıl-zinət əşyalarını oğurlayan oğrular daha sonra piyada hadisə yerindən qaçıblar. Oğruların oğurladığı qızıl-zinət əşyalarının dəyərinin 10-15 milyon avro civarında olduğu təxmin edilir. Hadisə zamanı xəsarət alan olmasa da, araşdırma aparmaq üçün Fransa polisinin xüsusi BRB bölməsi təyin edilib.

7NEWS.az

RƏYLƏR