7NEWS.az xəbər verir ki, Paris prokurorluğunun verdiyi açıqlamaya görə, 69 yaşlı fransız hücumçunu müayinə edən həkim, hücumçunun səhhətinin saxlanma şəraitinə uyğun olmadığı qənaətinə gəlib. Polis idarəsinin nəzdindəki psixiatriya klinikasına köçürülən təcavüzkar, səhhətinin imkan verdiyi təqdirdə müstəntiq hakimi tərəfindən dindiriləcək. Fransa vətəndaşının dünən Parisin 10-cu məhəlləsindəki Enghien küçəsində ətrafdakı insanlara atəş açması nəticəsində ilkin məlumatlara görə 3 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb. Hücum edən şəxsin Fransanın rəsmi dəmir yolu şirkəti SNCF-dən təqaüdçü Fransa vətəndaşı olduğu bildirilib.
7NEWS.az