Fransanın paytaxtı Parisdə ifrat sağçı Action Française hərəkatının tərəfdarları nümayiş keçirib.
7NEWS.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Action Française tərəfdarları Fransanın milli qəhrəmanı Janna d'Arkın xatirəsini anmaq üçün paytaxtda nümayiş keçirib.
Opera binasının yaxınlığından başlayan şou Janna d'Arkın heykəlinin yerləşdiyi Piramidalar meydanında başa çatıb. Nümayişçilər respublika əleyhinə şüarlar səsləndiriblər.
Polislə nümayişçilər arasında qısamüddətli gərginlik yaşanıb.
7NEWS.az