“Park İnn” hotelində karantin qaydaları pozulub - VİDEO - 50 nəfərlik mərasim keçirilib

OXUNUB: 134 ŞOU-BİZNES

Azərbaycanda hoteldə karantin qaydaları pozulub.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, "Park İnn” hotelinin "Dan ulduzu” zalında mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 50 nəfərdən artıq şəxs iştirak edib. Hətta ara məsafə belə gözlənilməyib.

Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

 
 

 


RƏYLƏR