Parkinq üstündə baltalı dava - 2 ölü, 7 yaralı - VİDEO

OXUNUB: 527 DÜNYA
Türkiyədə – Adanada iş yerinin önünə maşının park edilməsinə görə meydana gələn davanın görüntüləri ortaya çıxıb. Oxu.az-ın xəbərinə görə, münaqişə mayın 22-də baş verib. 

İcmal.Az crimnal.az-a istinadən xəbər verir ki, Qanlı davada iki nəfər həyatını itirib, yeddi nəfər ağır yaralanıb. Adananın Yüreğir rayonunun Tahsilli məhəlləsində meydana çıxan hadisədə İsa S. pikabını Həsən A.-nın marketinin önünə park edib.

Həsən A. Maşını başqa yerdə saxlamasını istəyib, bundan sonra mübahisə, ardınca qanlı münaqişə çıxıb. Həsən A.-nın qohumları da məsələyə qarışıb, bundan sonra İsa S. silahını çıxararaq beş nəfəri güllələyib. Onun silaha əl atmasını Həsənin qohumları cavabsız qoymayıb, onlar ağac parçaları və baltalarla davadakı rəqiblərinə qarşılıq veriblər. Yaralılar xəstəxanaya yerləşdirilsə də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
 

İcmal.Az

RƏYLƏR