Partiya lideri millət vəkilliyinə namizəd oldu

OXUNUB: 550 DÜNYA
Bu gün Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatlığına namizədliklərinin irəli sürülməsi prosesinə start verib.
 
İcmal.Az "Akşam”-a istinadən xəbər verir ki, ilk olaraq Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı millət vəkilliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədləri Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edərək Türkiyə Mərkəzi Seçki Komissiyasına təqdim edib.
 
Belə ki, jurnalistlərin "Bizi hansı proses gözləyir?” sualına MHP lideri Dövlət Baxçalı gülümsəyərək "Ölkəmiz üçün çox yaxşı olacaq” cavabını verərək, bu sualın bir Partiyanın şüarına bənzərdiyini söyləyib:
 
"Prezident üsul-idarəsinin ölkəmiz üçün çox yaxşı olacağı düşücəsi ilə seçkilərə də çox yaxşı hazırlaşırıq. Vətənimizə millətimizə xeyirli-uğurlu olsun İnşallah!”, - deyə Dövlət Baxçalı bildirib.
 
Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

İcmal.Az.

RƏYLƏR