Partlayışlar baş verib: ölən və yaralananlar var

OXUNUB: 563 DÜNYA

Əfqanıstanda bazar ertəsi günü səhər saatlarında iki partlayış baş verib.

Partlayışlardan biri paytaxt Kabildə baş verib.

Yerli mətbuatın məlumatına əsasən, partlayış xəbərlərini polis təsdiqləyib. Partlayışın motosikl idarə edən terrorçu-intiharçı tərəfindən törədildiyi bildirilir. Onun hədəfi Milli Təhlükəsizlik Direktorluğunun nümayəndələri olub.

İkinci partlayış Nanqahar vilayətində baş verib. Orada bir polis və beş sakin yaralanıb.

İcmal.Az

RƏYLƏR