“Paşinyan anlamır ki...” – Deputat

OXUNUB: 289 GÜNDƏM Özəl SİYASƏT
"Ermənistan və onun başbilənləri qeyri-ciddi, hərdəmxəyal xarakterindən, qeyri-adekvat siyasətindən  bu gün də əl çəkmir. Paşinyan hər gün bir söz danışır, bir fikrə gəlir, bir qərar verir. Amma hələ də anlamır, ya da anlamaq istəmir ki, sülhdən başqa alternativ yoxdur. Başa düşmür ki, sülh müqaviləsi mütləq imzalanacaq. O, istəsə də, istəməsə də.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Ermənistan beynəlxalq aləmi də çaşdırmağa, onların fikrini fərqli istiqamətlərə yönəltməyə çalışır. Amma bu cəhdlər alınmayacaq. Çünki sülh olmadıqca bundan ən böyük zərəri elə Ermənistanın özü görəcək, Paşinyanın prinsipsizliyi, cəsarətsizliyi ilk növbədə elə məhz öz başında çatlayacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR