Paşinyan Azərbaycanı təhdid etdi

OXUNUB: 524 DÜNYA

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.

İcmal.Az-ın "Sputnik Azərbaycan”a istinadən məlumatına görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.

"Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır”, - deyə o bildirib

Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir:

"Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam”.

İcmal.Az

RƏYLƏR