Paşinyan Dağlıq Qarabağa gəldi

OXUNUB: 552 DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

İcmal.Az xəbər verir ki, bu haqda TASS agentliyinə Paşinyana yaxın mənbə bildirib.

"Baş nazir Paşinyan helikopterlə gəldi. Onu Qarabağın "ali rəhbərliyi” qarşıladı”, - mənbə əlavə edib.

Onun sözlərinə görə, Paşinyanın separatçı qurumun siyasi və hərbi rəhbərliyi ilə görüşləri, həmçinin Xankəndidə mətbuat konfransı planlaşdırılıb.

Qeyd edək ki, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində keçirilən səsvermə ilə baş nazi seçilib.

İcmal.Az

RƏYLƏR