Paşinyan-Melkonyan bənzərliyi təsadüfdürmü?

OXUNUB: 1337 DÜNYA

Rusiyalı şərqşünas Kiril Cavlax Ermənistanda müxalif deputat Nikol Paşinyanla Ermənistanın milli qəhrəman kimi təqdim etdiyi terrorçu Monte Melkonyanın zahiri görünüşündəki oxşarlıqları "Facebook” sosial şəbəkəsindəki izləyicilərinin diqqətinə çatdırıb. 

İcmal.Az xəbər verir ki, Cavlax öz fikirlərini şəkillərlə əsaslandırıb. 

Sosial şəbəkələrin erməni seqmentində də bu məsələ müzakirəyə çıxarılıb. Erməni soyadlı istifadəçilər qeyd edirlər ki, Paşinyanın bu obrazı ona Məxməri İnqilabın lideri seçilməyə yardımçı olub.

"O, xüsusi nüsxədir”, "...saqqal saxladı, sağ əlini sarğı ilə bağladı ki, özünü Monteyə oxşatsın”, - istifadəçilər yazır. 

Paşinyanın obrazının ətraflı müzakirə olunmasına münasibət bildirən Rusiya analitiklər şəbəkəsinin rəhbəri Vitali Arkov İcmal.Az-a açıqlamasında deyib ki, Ermənistandakı siyasi vəziyyəti izləyənlər Paşinyanın bir müddət öncə necə göründüyünü yaxşı xatırlayır. 

"O, təmiz bir kabinet siyasətçisinə bənzəyirdi. Yaxşı kostyumlar, səliqəli və incə davranışı ilə tanınırdı. 

Və birdən biz parlamentin divarları qarşısında tam fərqli Paşinyanı görürük: səliqəsiz saqqal, dağınıq saçlı, hərbi paltarda və sağ əli sarıqlı formada. Bu obraz erməni xalqına Melkonyanı xatırladırdı”. 

Bax, Paşinyan bir neçə ay əvvəl belə görünürdü:

Tanınmış rusiyalı jurnalist Dmirti Kiselyev bununla bağlı belə deyib: "Təsadüfdür? İnanmıram!” 

Arkovun fikrincə, Paşinyanla təkcə siyasi texnoloqlar deyil, həmçinin Melkonyan obrazını yaratmaq üçün stilistlər də işləyib. 

"Yelk” (Çıxış) müxalif partiyasının üzvü Paşinyan son seçkilərdə o qədər də uğurlu çıxış etməyib. Ona seçicilərin 7,7 faizi səs verib. 

Həmin vaxt prezident olan Serj Sarkisyan demişdi ki, səkkiz faizdən az səs toplayan siyasətçilər xalqın adından danışa bilməzlər. 

Ancaq Paşinyan və onun arxasında duranlar başa düşürdülər ki, erməni xalqına yeni "qəhrəman” lazımdır. 

Qeyd edək ki, Monte Melkonyan beynəlxalq terrorçudur. "Şakal” ləqəbli məşhur terrorçu Rmirosun şagirdidir. Təcrübəli terrorçu olan Melkonyan ASALA terror təşkilatının liderlərindən biridir./oxu

İcmal.Az

RƏYLƏR