Paşinyan Rusiyaya səfər edəcək

OXUNUB: 534 DÜNYA
Mayın 14-də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiya səfər edəcək.
 
BNEWS.az "Sputnik”ə istinadən xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib. Belə ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.
 
Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçirilib. Bu posta yeganə namizəd Nikol Paşinyan baş nazir seçilib.
 
Xatırladaq ki, mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi.
 
İcmal.Az

RƏYLƏR