III Respublika Forumu təşkil olunacaq
21 dekabr 2023-cü il tarixində Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumu təşkil ediləcək.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Pasiyet Təşkilatlarının III Respublika Forumu dövlət səhiyyə qurumlarını, Millət vəkilləri, həkimlər, media nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və ən əsası müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərlə birgə keçiriləcək.
Forumda ixtisaslaşmış pasiyent təşkilatları həkimlərlə birgə təqdimatlar hazırlayıb.
Qeyd edək ki, Pasiyent Təşkilatlarının III Respublika Forumunda "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi"-nin idarə heyətinin sədri Fuad Rəsul "Müasir səhiyyədə qan donorluğu mədəniyyətinin inkişafı, qan donorluğu üzrə qarşıda duran problemlərin həlli yolları" və Mərkəzi Qan Bankının müdir müavini Dr. Xəyalə Qafarova "Qan Donorluğunun əhəmiyyəti" mövzusunda çıxış edəcəklər.